Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin daha bir oyunu bu gün keçiriləcək.
"Report"un məlumatına görə, "Neftçi" "Abşeron Lions"la üz-üzə gələcək.
Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 14:00-da start götürəcək.
İlk görüşdə "Abşeron Lions" qələbə qazanıb - 95:89.
Yarımfinalda iki qalibiyyətə çatan kollektiv finala yüksələcək. Bu duelin güclüsü finalda "Sabah"a rəqib olacaq.