"Mançester Siti" İngiltərə Kubokunun yarımfinalında "Sauthempton"u 2:1 hesabı ilə məğlub edib.
"Report"un məlumatına görə, qaliblərin heyətində Jeremy Doku (83-cü dəqiqə) və Niko O Rayli (87) fərqləniblər. Məğlub komandanın qolunu Finn Azaz (79) vurub.
"Mançester Siti" finalda 26 apreldə qarşılaşacaq "Çelsi" - "Lids Yunayted" matçın qalibi ilə qarşılaşacaq.
İngiltərə Kuboku 1871-ci ildən keçirilir. "Arsenal" yarışda ən çox qələbə rekorduna sahibdir (14 titul). "Mançester Siti" kuboku yeddi dəfə, "Sauthempton" isə bir dəfə (1976-cı ildə) qazanıb. Ötən mövsüm "Kristal Pelas" tarixdə ilk dəfə yarışın qalibi olub.