IMG-LOGO

Şahbaz Şərif və Məsud Pezeşkian regional məsələləri müzakirə ediblər

25 Apr 2026 23:10 4 baxış
IMG

Pakistanın Baş naziri Şahbaz Şəriflə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub, liderlər regional məsələləri müzakirə ediblər.

"Report" xəbər verir ki, Ş. Şərif bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

Pakistanın Baş naziri İranın davam edən qarşılıqlı fəaliyyətini vurğulayıb və daha əvvəl İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ilə aparılan danışıqlar barədə məlumat verib. "Mən bir daha təsdiq etdim ki, dostların və tərəfdaşların dəstəyi ilə Pakistan dürüst və səmimi vasitəçi roluna sadiq qalır - regionda möhkəm sülhün və dayanıqlı sabitliyin təşviqi üzərində yorulmadan çalışır", - o bildirib.

Xəbər lenti