Azərbaycan Peşəkar Çövkən Liqasının V turu başa çatıb.
"Report" Azərbaycan Respublikası Atçılıq Federasiyasına istinadən xəbər verir ki, birinci dövrənin mərkəzi oyununda "Sərhədçi" komandası "Polad"ı 2:0 hesabı ilə məğlub edərək mütləq nəticə ilə liderliyə yüksəlib.
Turun digər qarşılaşmalarında "Embawood" "Elite"ə 2:1, "Şamaxı" isə "Xəzər"ə 6:0 hesabı ilə qalib gəlib. "Zəfər" – "Omar" matçı 1:1 hesablı bərabərliklə yekunlaşıb. "Buta Qolden" isə "Atilla"nı 13:0 hesablı məğlubiyyətə uğradıb. Bu çempionatın hələlik ən böyükhesablı qələbəsidir.
Beş turdan sonra "Sərhədçi" turnir cədvəlinə başçılıq edir. Aktivində 12 xal olan "Polad" və "Buta Qolden" komandaları isə 2-3-cü yerləri bölüşdürürlər.
Bombardirlərin siyahısına hərəyə 10 qolla Şəfayət Budaqov və Şamil İslamov ("Buta Qolden") liderlik edir.
"Atilla" çempionatda hələ də aktivində qol olmayan yeganə komandadır.