Tiranada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Rəşid Babazadə (65 kq) belçikalı Ayub Musayev üzərində 4:2 hesablı qələbə qazanaraq bürünc medal uğrunda görüşə vəsiqə əldə edib.
O, bu mərhələdə Ermənistan təmsilçisi Vazgen Tevanyanla qarşılaşıb və rəqibinə 0:7 hesabı ilə uduzub.
57 kq çəki dərəcəsində İslam Bazarqanov finalda Musa Mextixanov ilə üz-üzə gəlib. İdmançımız rəqibinə 8:6 hesabıyla qalib gələrək Avropa çempionu olub.
79 kq-da Cəbrayıl Hacıyev bürünc medal uğrunda Şimali Makedoniya təmsilçisi Rasul Şapiyev ilə güləşib. Təmsilçimiz rəqibini 8:0 hesabı ilə məğlub edib va turnirin üçüncüsü olub.
61 kq-da Nürəddin Novruzov moldovalı Leomid Kolesniki tam üstünlüklə (17:6) məğlub edərək yarımfinala yüksəlib. Lakin o, yarımfinalda albaniyalı dünya çempionu Zəlimxan Abakarova 3:14 hesabı ilə uduzub və sabah bürünc medal uğrunda mübarizə aparacaq.
74 kq-da Turan Bayramov neytral atlet Fərhad Nurixorjestanı 3:2 hesabı ilə məğlub etdikdən sonra belaruslu Nikita Mayevskiyə 8:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda gürcüstanlı Giorgi Elbakidzeyə qalib gələrək finala çıxıb.
86 kq-da Arseniy Djioyev ukraynalı Denis Bikovu (10:0) və moldovalı Yevgeni Mihaelkanı (11:0) tam üstünlüklə məğlub edib. O, yarımfinalda latviyalı İvars Samusonoku da (12:2) üstələyərək finala yüksəlib.
92 kq-da Ali Tsokayev belaruslu Yaraslav Yadkovskini (10:0), gürcüstanlı Miriani Maysuradzeni (5:0) və isveçrəli Samuel Şerreri (6:0) məğlub edərək finala vəsiqə qazanıb.
125 kq-da Giorgi Meşvildişvili ermənistanlı Xaçatur Xaçatryanı sonuncu xal prinsipinə əsasən (5:5) məğlub edərək yarımfinala yüksəlib. O, bu mərhələdə türkiyəli Hakan Büyükçınqıla 3:1 hesabı ilə qalib gələrək finala çıxıb.
Avropa çempionu