IMG-LOGO

Sumqayıtda kişi və qadın idman gimnastikası üzrə ölkə birinciliyi keçirilib

25 Apr 2026 21:37 2 baxış
IMG

Sumqayıt Olimpiya İdman Kompleksində kişi idman gimnastikası üzrə 31-ci, qadın idman gimnastikası üzrə isə 10-cu ölkə birinciliyi baş tutub.

"Report" Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, yarışda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi və "Ocaq Sport" Klubunun Sumqayıt bölməsindən gimnastlar mübarizə aparıblar.

İdmançılar kiçiklər, balacalar, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyaları üzrə müxtəlif gimnastika alətlərində öz proqramlarını təqdim ediblər. Yekun nəticələrə əsasən, "Ocaq Sport" Klubu ən yüksək nəticə göstərərək yarışın qalibi olub.

Qeyd edək ki, turnirdə ümumilikdə 50-yə yaxın gimnast iştirak edib.

Xəbər lenti