IMG-LOGO

Tramp Uitkoff və Kuşnerin İslamabada səfərini ləğv edib

25 Apr 2026 20:21 3 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp xüsusi elçi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün Pakistana səfərini ləğv edib.

"Report"un məlumatına görə, o, bunu "Fox News" telekanalının jurnalisti Aişə Hesniyə deyib.

Jurnalist "X" sosial şəbəkəsində yazıb ki, Tramp telefon danışığı zamanı ona Uitkoff və Kuşnerin Pakistana səfərini birtərəfli şəkildə ləğv etdiyini deyib.

"Bir az onlar getməyə hazırlaşarkən dedim: "Xeyr, ora çatmaq üçün 18 saatlıq uçuş etməyəcəksiniz. Bütün kartlar bizdədir. Onlar (İran - red.) istədikləri vaxt bizə zəng edə bilərlər. Ancaq artıq heç bir şey haqqında danışmaq üçün 18 saatlıq uçuşlar etməyəcəksiniz", - Hesni Amerika liderinin sözlərini sitat gətirib.

Xəbər lenti