IMG-LOGO

"Qəbələ"nin baş məşqçisi: Kaxaber Sxadadze: "Hər oyun bizim üçün finala bərabər olacaq"

25 Apr 2026 20:59 3 baxış
IMG

Misli Premyer Liqasında hər matç "Qəbələ" üçün finala bərabər olacaq.

"Report"un Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu komandanın baş məşqçisi Kaxaber Sxadadze mətbuat konfransında deyib.

Mütəxəssis "Araz-Naxçıvan"la heç-heçə etdikləri (1:1) Misli Premyer Liqasının XXIX turunun oyunundan sonra fikirlərini bölüşüb: "Bu gün iki xal itirdik. Birinci hissə gərgin keçdi. Bu, normaldır. Çünki turnir cədvəlində yaxşı vəziyyətdə deyilik. İkinci yarıda daha yaxşı oynadıq. Qol vəziyyətləri yaratdıq. Amma sonluğu gətirə bilmədik.

Son zərbələri tamamlamaqla bağlı problemlər var. Mübarizə davam edir. Hər qarşılaşma bizim üçün finala bərabər olacaq".

O, azarkeşlərə dəstəyə görə təşəkkür edib: "Sonadək komandanın yanında olmalarını xahiş edirəm. Hər matçda döyüşmək və mübarizə aparmaq lazımdır. Bu gün "Araz-Naxçıvan"ın rahat qələbə qazanacağını düşünənlər var idi. Amma biz belə olmadığını göstərdik".

Xəbər lenti