Bu ilin yanvar-mart aylarında Azərbaycanda 40 min 924 ton pambıq mahlıcı istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 % çoxdur.
Bu il aprelin 1-nə ölkədə 39 min 731 ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 97 min ton pambıq mahlıcı istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 33 % çoxdur.