IMG-LOGO

"İnter" Manuel Akanjini "Mançester Siti"dən tam transfer edəcək

25 Apr 2026 15:07 6 baxış
IMG

"İnter" (İtaliya) "Mançester Siti"dən (İngiltərə) icarəyə götürdüyü müdafiəçi Manuel Akanjini tam transfer edəcək.

"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, A Seriyası klubu 30 yaşlı futbolçu üçün 15 milyon avro ödəyəcək.

İsveçrəli müdafiəçi 2025-ci ilin sentyabrından Milan təmsilçisində çıxış edir.

Qeyd edək ki, M.Akanji cari mövsümdə "İnter"in heyətində bütün turnirlərdə 42 matça çıxıb və 2 qol vurub.

Xəbər lenti