IMG-LOGO

Kamçatkada 5,5 maqnitudalı zəlzələ olub

25 Apr 2026 15:11 6 baxış
IMG

Kamçatkada (Rusiya) 5,5 maqnitudalı zəlzələ baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialından bildirilib.

"Seysmik hadisənin maqnitudası 5,5 olub, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 63 km məsafədə yerləşib", - müəssisədən bildiriblər.

Məlumata görə, Petropavlovsk-Kamçatskidə yeraltı təkanlar 4 bala qədər hiss oluna bilər.

Xəbər lenti