IMG-LOGO

Azərbaycan pambıq ipliyi istehsalını 75 %-ə yaxın artırıb

25 Apr 2026 15:26 6 baxış
IMG

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 6,2 min ton pambıq ipliyi istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 74,7 % çoxdur.

Bu il aprelin 1-nə ölkədə 5,1 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 21,8 min ton pambıq ipliyi istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 18,4 % çoxdur.

Xəbər lenti