IMG-LOGO

İntensiv yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

25 Apr 2026 15:20 23 baxış
IMG
0 0

Aprelin 27-si gündüzdən 28-i gündüzədək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Hava proqnozu

Xəbər lenti