IMG-LOGO

Volodimir Zelenski Ukraynaya yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib

25 Apr 2026 14:08 4 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycandan 11 yardım paketi aldıqlarını deyib, bu yardıma görə Azərbaycana təşəkkür edib.

"Report" xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

Həmçinin Ukraynadan olan uşaqlara köməyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Volodimir Zelenski deyib: "Siz bizim uşaqlarımıza kömək edirsiniz. Uşaqlarımız, övladlarımız, cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu dəstəyə görə Sizə minnətdarıq".

Xəbər lenti