IMG-LOGO

Azərbaycan gips və anhidrit istehsalını 53 %-dən çox artırıb

25 Apr 2026 13:24 5 baxış
IMG

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 178,1 min ton gips və anhidrit istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,4 % çoxdur.

Bu il aprelin 1-nə ölkədə 105,1 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 623 min ton gips və anhidrit istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 9,1 % çoxdur.

Xəbər lenti