IMG-LOGO

Alyaska sahillərində 6 bal gücünə yaxın zəlzələ baş verib

25 Apr 2026 13:29 4 baxış
IMG

Alyaska yaxınlığında, Aleut adaları ərazisindəki Sakit okean akvatoriyasında 5,6 maqnitudalı yeraltı təkan qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə yerli media Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialının məlumatlarına istinadən bildirib.

ABŞ Geoloji Xidməti maqnitudanı bir qədər aşağı - 5,4 olaraq qiymətləndirib.

Episentrdəki təkanların intensivliyi çox güclü olaraq xarakterizə olunur.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər lenti