IMG-LOGO

İsmail İsfahani: İran ABŞ ilə danışıqlarda güzəştə getməyəcək

24 Apr 2026 18:56 6 baxış
IMG

ABŞ İranla bağlı məqsədlərinə hərbi yolla nail ola bilmədiyi üçün, indi istədiyinə danışıqlar masası arxasında nail olmağa çalışır, lakin Tehran güzəştə getmək niyyətində deyil.

"Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə İranın vitse-prezidenti İsmail Səqab İsfahani bildirib.

"ABŞ öz məqsədlərinin heç birinə nail ola bilməyib. Belə bir şəraitdə onların danışıqlar istəməsi tamamilə təbiidir. Düşmən özünü supergüc kimi hiss edib və heç bir nəticə verməyən müharibəyə girişib. O, hərbi əməliyyatları 3-4 gün ərzində başa çatdırmaq niyyətində idi, lakin çıxılmaz vəziyyətə düşüb. İndi isə döyüş meydanında nail ola bilmədiyini danışıqlarda əldə etməyə cəhd edir", - o deyib.

İsfahani vurğulayıb ki, İran danışıqlar prosesində güzəştə getməyəcək. "İranın cavabı aydındır: döyüş meydanında qəbul etmədiyini, danışıqlar masası arxasında da qəbul etməyəcək", - o qeyd edib.

Daha əvvəl Pakistanın "Geo TV" kanalı məlumat verib ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqlar üçün bu gün axşam Pakistana yola düşməlidir.

Xəbər lenti