IMG-LOGO

Madonna səhnəyə yarıçılpaq çıxdı, tənqid olundu

24 Apr 2026 18:07 3 baxış
IMG
2 0

2026-cı ilin "Coachella" festivalının ikinci həftəsonu sürprizlər və qalmaqallarla yadda qalıb. Kim Kardaşyanın məşhur Formula-1 pilotu ilə sevgi münasibəti eyhamları, Castin Biberin gözlənilməz çıxışı və Madonnanın geyimi ətrafındakı müzakirələr medianın diqqət mərkəzində olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Madonnanın festivala sürpriz qayıdışı sosial şəbəkələrdə böyük rezonans doğursa da, pərəstişkarları ifaçının Sabrina Karpenterin konsertinə qonaq qismində gələrkən seçdiyi həddindən artıq açıq libası tənqid ediblər.

Müğənni özü isə səhnə üçün hələ 2006-cı ildəki festivalda geyindiyi vintage "Gucci" pencəyi və korseti seçdiyini etiraf edib.

Festivalın digər yadda qalan məqamları arasında gənc ulduz Sombrun əfsanəvi rokçu Billi Ayfolla dueti, Z nəslinin sevimliləri Meddi Ziqler, Addison Rey və Oliviya Rodriqonun birgə çıxışı, eləcə də supermodel Stella Maksvellin şəffaf  libası yer alıb.

Xüsusi maraq doğuran hadisələrdən biri Kim Kardaşyanın yeddiqat Formula-1 çempionu Luis Hamilton ilə birlikdə görünərək eşq dedi-qodularını alovlandırması olub. Festivalın baş ulduzu Castin Biber isə Billi Aylişi final performansına dəvət edərək onun uşaqlıq arzusunu reallaşdırıb.  

Madonna maqazin

Xəbər lenti