IMG-LOGO

Uşaqlıqdan müstəqilliyə öyrədilən insanların hansı xarakter çatışmazlığı var?

24 Apr 2026 16:34 5 baxış
IMG
0 0

Gənc nəsil tez-tez böyüklərdən həddindən artıq asılı olduqları üçün tənqid edilsə də, həddindən artıq müstəqillik bəzən daha ciddi problemlərə səbəb ola bilər. 

Lent.az xarici mediaya istinadən xəbəör verir ki, psixoloqlar daim böyüklərin nəzarəti olmadan böyüyən və erkən yaşlardan özünü idarə etməyə məcbur qalan insanlar yetkinlik dövründə gözə görünməyən psixoloji nəticələrlə üzləşirlər - xüsusilə də kömək qəbul etməkdə və yaxın münasibətlər qurmaqda çətinlik çəkirlər. 

Psixoloqlar qeyd edirlər ki, yüksək dərəcədə müstəqil olan böyüklər yaxın münasibətlər qurmaqda və emosional tənzimləmədə çətinlik çəkə bilərlər:

“Sizin emosional əməliyyat sisteminiz illərlə sizə yaxşı xidmət edib. O sizi qoruyub, irəli getməyə imkan verib, sağ qalmağınıza kömək edib. Amma siz artıq sadəcə sağ qalmırsınız - siz yaşayırsınız. Həqiqətən yaşamaq isə insanları həyatınıza buraxmaq deməkdir. Bu isə nəyəsə ehtiyac duymaq, nəyisə istəmək və başqalarından nəsə qəbul etmək üçün kifayət qədər cəsarətli olmaq deməkdir - özü də bunun qarşılığında özünüzə borc yazmadan”.

Mütəxəssislər hesab edir lər ki, 1960–70-ci illərdə böyüyən insanların emosional sərtliyi və özünü saxlama qabiliyyəti psixoloji dəstəyin az olduğu və problemlərin təkbaşına həll edilməsinin gözlənildiyi şəraitə uyğunlaşmanın nəticəsi idi. Bunun nəticəsində formalaşan dözümlülük eyni zamanda hissləri ifadə etmək və yaxın münasibətlər qurmaqda çətinliklərlə müşayiət olunur.

müstəqil insanların xarakteri yaşam tərzi

Xəbər lenti