Bu gün səhər saatlarına qədər Hörmüz boğazı akvatoriyasında olan 34 gəmi ABŞ-nin tətbiq etdiyi blokada şərtlərini yerinə yetirərək geri qayıdıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keyn Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.