IMG-LOGO

Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni "Neptun" raketləri ilə vurub

24 Apr 2026 15:00 5 baxış
IMG

Ukrayna Müdafiə Qüvvələri aprelin 19-da Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərindəki "Atlant Aero" zavoduna "Neptun" raketləri ilə hücum edib.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Telegram" kanalına istinadən məlumat yayıb.

"19 aprel 2026-cı ildə Ukraynanın "Neptun" qanadlı raketləri ilə Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərindəki "Atlant Aero" müəssisəsinə endirilən zərbənin nəticələri dəqiqləşdirilib - müəssisənin iki istehsalat binasının məhv edildiyi və dördünün zədələndiyi təsdiqlənib", - Baş Qərargahdan qeyd edilib.

Bildirilib ki, "Atlant Aero" "Molniya" tipli zərbə-kəşfiyyat pilotsuz uçuş aparatlarının (PUA) layihələndirilməsi, istehsalı və sınaqlarının tam dövrünü həyata keçirir, həmçinin "Orion" PUA-ları üçün ehtiyat hissələri və komponentlər istehsal edir.

Xəbər lenti