IMG-LOGO

Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır

24 Apr 2026 13:47 7 baxış
IMG

Qazaxıstan Çin, Avropa və Azərbaycandakı layihələr də daxil olmaqla, beynəlxalq dəmir yolu terminalları şəbəkəsini inkişaf etdirməyi planlaşdırır.

"Report"un Qazaxıstan bürosu "Kazinform"a istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Nurlan Sauranbayev Senatda keçirilən parlament dinləmələrində bildirib.

Onun sözlərinə görə, xarici terminal infrastrukturunun formalaşdırılması Qazaxıstanın nəqliyyat siyasətinin əsas istiqamətlərindən biridir.

2028-ci ilə qədər yeni terminalların buraxılış qabiliyyətinin ildə 2 milyondan 2,7 milyon konteynerə qədər artırılması planlaşdırılır. Nazir qeyd edib ki, terminal şəbəkəsinin inkişafı Şərq - Qərb istiqamətində tam logistik bağlantını təmin edəcək və Qazaxıstanın tranzit potensialını gücləndirəcək.

Həmçinin bildirilib ki, respublika beynəlxalq marşrutlarda vahid logistik operatorların yaradılması üzərində işləyir.

Xəbər lenti