IMG-LOGO

Orta Dəhlizin inkişafı üçün vahid plan təklif edilib

24 Apr 2026 12:33 5 baxış
IMG

Orta Dəhlizin inkişafı üçün vahid razılaşdırılmış plan zəruridir.

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın "AGB Energy" (neft, neft məhsulları ticarəti və logistika xidmətləri üzrə ixtisaslaşıb) şirkətinin baş direktoru Sergey Revzin Bakıda keçirilən "II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu"nda bildirib.

Onun sözlərinə görə, Orta Dəhlizin iştirakçısı olan ölkələr əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməlidir.

"Əgər bu proses Türkmənistanda ləngiyirsə, Özbəkistanda və Azərbaycanda infrastrukturu inkişaf etdirməyin mənası yoxdur. Vahid inkişaf planı zəruridir: regionun bütün dövlətləri oxşar iş qaydaları və standartları tətbiq etməlidir. Treyderlər olaraq, biz tez-tez elə bir vəziyyətlə qarşılaşırıq ki, malı bir tariflə alırıq, nəql prosesində isə onlar artır. Bu, biznesin rentabelliyinə mənfi təsir göstərir. Bizim təklifimiz bir fraxt ili üçün sabit tariflər müəyyən etməkdir. Bu, şirkətlərə fəaliyyətlərini daha dəqiq planlaşdırmağa imkan verəcək və gizli xərcləri azaldacaq", - S. Revzin deyib.

Xəbər lenti