IMG-LOGO

Azərbaycanda indiyə qədər tütün istehsalçılarına 186 min manat sığorta ödənişi verilib

24 Apr 2026 11:35 7 baxış
IMG

Azərbaycanda indiyə qədər tütün sahələri üzrə fermer və təsərrüfatlara 186 min manat sığorta ödənişi verilib.

"Report" bu barədə Aqrar Sığorta Fonduna istinadən xəbər verir.

Məlumata görə, bu ödənişlər Balakən, Qax, Şəki və Zaqatala rayonlarında, tütün sahələrinə dolu, fırtına və sel-subasma hadisələri üzrə edilib. Tütün sahələrinin sığortası aprel ayında başlayır və may ayının sonuna qədər davam edir. Məhsulu vaxtında sığortalamaq onu daha çox riskdən, o cümlədən mayda baş verən leysan yağışlardan qorumağa imkan verir.

Xəbər lenti