IMG-LOGO

Ağcabədidə evdə yanğın olub, 12 yaşlı yeniyetmə ölüb

24 Apr 2026 09:17 3 baxış
IMG

Ağcabədidə fərdi yaşayış evində baş verən yanğın zamanı 12 yaşlı oğlan ölüb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.

Hüseynova Mahirə Ocaqqulu qızına məxsus fərdi evdə yanğın zamanı 2014-cü il təvəllüdlü Şirinov İmaməddin Ayaz oğlu ölüb.

Faktla bağlı araşdırma başlanıb.

Xəbər lenti