IMG-LOGO

Georgios Donis Səudiyyə Ərəbistanı milli komandasının baş məşqçisi olub

24 Apr 2026 09:39 3 baxış
IMG

Georgios Donis Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi təyin olunub.

"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyası məlumat yayıb.

56 yaşlı mütəxəssisin müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Yunanıstanlı baş məşqçi bu postda Erve Renarı əvəzləyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı seçməsi bu il ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının H qrupunda İspaniya, Kabo-Verde və Uruqvay yığmaları ilə üz-üzə gələcək.

Xəbər lenti