IMG-LOGO

Qazaxda TIR qəza etdi, sürücü ağır yaralandı

24 Apr 2026 08:34 4 baxış
IMG
3 0

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Türkiyə vətəndaşı, 1977-ci il təvəllüdlü D. Sayqılı idarə etdiyi TIR markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Qəza nəticəsində sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.

Hadisə zamanı həm yük avtomobilinə, həm də yol infrastrukturu elementlərinə ciddi ziyan dəyib. Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Qazax tır qəza

Xəbər lenti