IMG-LOGO

ABŞ senatoru Stiv Deyns Trampdan əvvəl Çinə gedəcək nümayəndə heyətinə rəhbərlik edəcək

24 Apr 2026 07:45 3 baxış
IMG

ABŞ-də Respublikaçı senator Stiv Deyns gələn həftə Çinə səfər edəcək ikipartiyalı Konqres nümayəndə heyətinə rəhbərlik edəcək.

"Report" xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, nümayəndə heyəti beş nəfərdən ibarət olacaq. Səfər mayın 1-də başlayacaq, Şanxay və Pekinə səfərləri əhatə edəcək.

Səfərin ABŞ Prezidenti Donald Trampın Çinə planlaşdırılan gedişi ərəfəsində baş tutması planlaşdırılır. Onun 14-15 may tarixlərində Pekinə getməsi və orada Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar aparması gözlənilir.

Xəbər lenti