IMG-LOGO

Ağdama növbəti köç karvanı yola salındı

24 Apr 2026 06:07 2 baxış
IMG
0 0

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb. Lent.az xəbər verir ki, bu mərhələdə respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 110 ailə – 397 nəfər doğma yurda köçürülüb.

Köçürülənlər arasında Bakı şəhərindən 84 ailə (299 nəfər), Ağcabədidən 6 ailə (25 nəfər), Bərdədən 5 ailə (20 nəfər), Mingəçevirdən 3 ailə (14 nəfər), Ağdam rayonundan 4 ailə (11 nəfər), Yevlaxdan 3 ailə (9 nəfər), Ağdaşdan 2 ailə (8 nəfər), Sumqayıtdan 1 ailə (5 nəfər), Abşerondan 1 ailə (4 nəfər) və İsmayıllıdan 1 ailə (2 nəfər) yer alıb.

Bununla da Ağdam şəhərinə ümumilikdə köçürülənlərin sayı 659 ailəyə – 2 411 nəfərə çatıb. Boş qalan 2 evə isə qrafikə uyğun olaraq may ayında köç planlaşdırılır.

böyük qayıdış ağdam köç

Xəbər lenti