IMG-LOGO

Gəncədə üç nəfər dərmandan zəhərlənib, biri ölüb

23 Apr 2026 23:43 4 baxış
IMG

Gəncə şəhərində üç nəfər dərmandan zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Zəhərlənən şəxslərdən biri 1958-ci təvəllüdlü Alik İsmayılov hadisə yerində vəfat edib.

Eyni zamanda 1985-ci təvəllüdlü Samir Əliyev və daha bir nəfər xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma başlanılıb

Xəbər lenti