IMG-LOGO

Tramp Con Felanın öz administrasiyasına qayıtmasını istisna etməyib

23 Apr 2026 23:51 7 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq naziri Con Felanın gələcəkdə administrasiyanın tərkibinə qayıtmasını istisna etməyib.

"Report" xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkə hesabında yazıb.

"Con Felan mənim çoxdankı dostum və çox uğurlu iş adamıdır. O, hamının hörmət etdiyi ağıllı və güclü insandır. Və onun HDQ naziri postunu tərk etməyə qərar verməsinə baxmayaraq, mən onun gördüyü işi çox dəyərləndirirəm və şübhəsiz ki, onun gələcəkdə Tramp administrasiyasına qayıtmasını istərdim", - paylaşımda bildirilir.

Daha əvvəl ABŞ Müdafiə Nazirliyi Con Felanın HDQ naziri vəzifəsindən getdiyini elan edib.

Felanın istefa səbəbləri açıqlanmasa da, sonradan "Axios" portalı mənbələrə istinadən xəbər verib ki, Pentaqon rəhbəri Pit Heqset onu aralarındakı fikir ayrılıqlarına görə işdən çıxarıb. Məlumata görə, HDQ-nin sabiq nazirinin Trampla yaxşı münasibətləri olub. Lakin Heqset hesab edirdi ki, Felan birbaşa dövlət başçısına hesabat verməklə "subordinasiyanı pozub", - portal qeyd edir.

Xəbər lenti