Cennifer Lopes Hayden Hillsdəki malikanəsini 20 milyon dollarlıq investisiya ilə tamamilə yenidən quraraq şəxsi cənnətə çevirib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Hollivud ulduzu bu genişmiqyaslı rekonstruksiya nəticəsində mülkünü həm maksimum dərəcədə izolyasiya olunmuş, həm də çoxfunksiyalı dəbdəbəli məkana çevirməyi bacarıb.
Malikanənin yenidən qurulması işlərinə satınalmadan dərhal sonra başlanılıb. Ərazi müğənninin ehtiyaclarına uyğun olaraq tamamilə planlaşdırılıb və məxfiliyə xüsusi önəm verən yeni memarlıq konsepsiyası tətbiq edilib. Həyətyanı sahədə xüsusi istirahət zonası olan geniş hovuz inşa edilib, mülkü kənar gözlərdən qorumaq üçün sıx yaşıllıq zolaqları salınıb. Bundan əlavə, ərazidə qonaq evi və atlar üçün xüsusi zona (tövlələr) yaradılıb.
Təmir müddətində əsas bina uzun müddət qoruyucu konstruksiyaların arxasında gizlədilsə də, hazırda malikanə tam hazır vəziyyətdədir. Yenilənmiş məkan məxfilik, rahatlıq və premium kurort daşınmaz əmlakının elementlərini özündə birləşdirir ki, bu da Lopesin həyat standartlarına tam uyğundur.
Yeni evinin təmiri ilə yanaşı, müğənni Ben Afflekdən ayrıldıqdan sonra digər iri əmlak məsələləri ilə də məşğul olur. Onların birgə sahib olduqları və dəyəri 60 milyon dollardan çox qiymətləndirilən daşınmaz əmlakın bir hissəsi Lopesin ixtiyarına keçib və hazırda satışa hazırlanır. Xatırladaq ki, bu yaxınlarda Ben Afflekin boşanmadan sonra Cennifer Lopesə etdiyi çoxmilyonluq hədiyyə də medianın diqqət mərkəzində olmuşdu.
Cennifer Lopes maqazin Ben Afflek
