IMG-LOGO

Azərbaycan düyü idxalına çəkdiyi xərci 10 %-dən çox azaldıb

23 Apr 2026 17:50 4 baxış
IMG

Bu ilin yanvar-mart aylarında Azərbaycan 15 milyon 182 min ABŞ dolları dəyərində 17 min 325 ton düyü idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 233 ton (1,3 %), dəyər baxımından isə 1 milyon 729 min dollar (10,2 %) azdır.

Hesabat dövründə düyü idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,3 %-ni təşkil edib.

3 ay ərzində Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.

Xəbər lenti