IMG-LOGO

"İnter"in hücumçusu Lautaro Martines yaşıl meydanlara qayıtmağa yaxındır

23 Apr 2026 16:41 6 baxış
IMG

İtaliyanın "İnter" klubunun hücumçusu Lautaro Martines zədədən sonra yaşıl meydanlara qayıtmağa yaxındır.

"Report" "Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, argentinalı forvard aprelin əvvəlində baldır nahiyəsindən aldığı zədəni demək olar ki, tam sağaldıb və məşqlərə başlamağa hazırdır.

28 yaşlı futbolçunun mayın 3-də "Parma"ya qarşı keçiriləcək A Seriyası matçında iştirak etməsi gözlənilir.

Bununla yanaşı, hücumçu qarşıdakı vacib oyunlar ərəfəsində risk etmək istəmir. O, mayın ortalarında baş tutacaq İtaliya Kuboku finalı və 2026-cı il dünya çempionatının matçlarından əvvəl zədəsinin yenilənməsindən ehtiyat edir.

Qeyd edək ki, Lautaro Martines cari mövsümdə 36 oyunda 20 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti