IMG-LOGO

Azərbaycan süddən hazırlanmış yağların idxalını 26 %-ə yaxın azaldıb

23 Apr 2026 16:41 5 baxış
IMG

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən 5 min 717 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulların dəyəri 36 milyon 168 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 968 ton (25,6 %), dəyər baxımından isə 17 milyon 552 min ABŞ dolları (32,6 %) azdır.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağlar Azərbaycanın ümumi idxalının 0,9 %-ni təşkil edib.

3 ay ərzində Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.

Xəbər lenti