IMG-LOGO

Çimərlik futbolu üzrə Azərbaycan millisi Belarus yığması ilə iki yoldaşlıq matçı keçirəcək

23 Apr 2026 16:47 5 baxış
IMG

Aprelin 24-dən 30-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçəcək çimərlik futbolu üzrə Azərbaycan millisi Belarus yığması ilə iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

"Report" xəbər verir ki, görüşlərin aprelin 29-da və 30-da keçirilməsi nəzərdə tutulub.

Hər iki matç saat 18:00-da başlayacaq.

Yığmaya dəvət edilən oyunçuların adlarını təqdim edirik:

Qapıçılar: Elçin Qasımov, Emil Omarov;

Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.

Xəbər lenti