IMG-LOGO

Astanada "RES2026" çərçivəsində iqlim üzrə yüksək səviyyəli sessiya keçirilir

23 Apr 2026 14:32 4 baxış
IMG

Astanada "RES2026" regional ekoloji sammit çərçivəsində "Qlobal iqlim dəyişikliyi və AQEM regionunda dayanıqlı inkişaf" mövzusunda yüksək səviyyəli sessiya keçirilir.

"Report"un Qazaxıstan bürosu xəbər verir ki, tədbir Azərbaycanın sədrliyi və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin dəstəyi ilə təşkil olunub.

Tədbirdə Azərbaycanı Prezidentin iqlim dəyişikliyi məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev təmsil edir.

Sessiya zamanı iştirakçılar iqlim dəyişikliyi, su ehtiyatlarının idarə olunması və bərpa olunan enerji mənbələrinin inkişafı da daxil olmaqla, region ölkələri üçün ümumi ekoloji çağırışları müzakirə edirlər. Üzv dövlətlərin səylərinin əlaqələndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin zəruriliyinə xüsusi diqqət yetirilir.

Qeyd olunub ki, əsas prioritetlərdən biri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin AQEM-in Ekoloji Şurasının yaradılması təşəbbüsünün təşviq edilməsidir. Yeni strukturun texnologiyalar, biliklər mübadiləsi və iştirakçı ölkələrin potensialının artırılması üçün platforma olacağı gözlənilir.

Həmçinin, o cümlədən beynəlxalq iqlim tədbirlərinin yekunları üzrə əldə olunmuş razılaşmalar əsasında AQEM-in ekoloji gündəliyinin formalaşdırılmasında Azərbaycanın sədrliyinin rolu vurğulanır.

Sessiya dəvət əsasında qapalı formatda keçirilir və üzv dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələrini və sahə ekspertlərini bir araya gətirir.

Xəbər lenti