IMG-LOGO

Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb

23 Apr 2026 14:37 4 baxış
IMG

Serbiyanın paytaxtı Belqrad şəhərinin Taşmeydan parkında Azərbaycanın şahmat pavilyonunun açılışı olub.

"Report"un Balkan bürosu xəbər verir ki, pavilyon Serbiyanın İdman Nazirliyinin dövlət katibi Marko Keşel, Serbiya Şahmat Federasiyasının Prezidenti Andrija Jorqiçin iştirakı ilə açılıb.

Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Taşmeydan parkındakı abidəsinin cəmi bir neçə addımlığında yerləşən bu yerdə Şahmat pavilyonunun açılması böyük məmnunluq doğurur:

Səfir vurğulayıb ki, bu gün Serbiya Azərbaycanın Avropa qitəsindəki ən yaxın dostlarından biri və etibarlı strateji tərəfdaşıdır.

K.Xasıyev qeyd edib ki, Serbiya və Azərbaycan böyük şahmat ənənələrini bölüşür, hər iki ölkə dünyaya ən güclü turnirlərdə uğurla mübarizə aparan bir sıra güclü qrossmeysterlər bəxş edib.

Xəbər lenti