IMG-LOGO

Problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib

23 Apr 2026 14:00 3 baxış
IMG

Azərbaycanda bu günə olan statistikaya əsasən problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin yerli icra qurumlarının icraatında olan bu icra işləri bank və bank olmayan kredit təşkilatlarının tələbkar tərəf olduğu işlərdir.

Qeyd olunub ki, həmin işlər məcburi icraya yönəldildiyinə görə problemli kreditlər hesab olunur.

Xəbər lenti