İngiltərənin "Mançester Yunayted" klubu "Yuventus"un (İtaliya) yarımmüdafiəçisi Ten Kopmeynersin transferində maraqlıdır.
"Report" "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 28 yaşlı niderlandlı futbolçunu heyətinə qatmağa hazırdır.
Oyunçunun nümayəndələri artıq yay "transfer pəncərəsi" üçün mümkün variantları dəyərləndirirlər. Futbolçu ilə həmçinin "Qalatasaray" (Türkiyə) da yaxından maraqlanır.
Kopmeyners 2024-cü ilin avqustundan "Yuventus"da çıxış edir. Onun müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Qeyd edək ki, T.Kopmeyners 2025/2026 mövsümündə keçirdiyi 40 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun dəyərini 20 milyon avro qiymətləndirir.