IMG-LOGO

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları sərtləşdirir

23 Apr 2026 04:18 7 baxış
IMG

ABŞ mövcud məhdudiyyətləri saxlayaraq və yenilərini hazırlayaraq, Rusiyaya qarşı sanksiya təzyiqlərini sərtləşdirməyə davam edir.

"Report"un məlumatına görə, ABŞ-nin maliyyə nazirinin köməkçisi Conatan Berk bunu Nümayəndələr Palatasının Maliyyə Komitəsinin dinləmələrində bildirib.

"Biz (Rusiyaya qarşı-red) sanksiyalarımızın tətbiqinə davam edirik. Onların tətbiqi üçün yeni üsullar müəyyənləşdirməyə davam edirik", - rəsmi deyib.

C.Berk əlavə edib ki, ABŞ beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq edir və sanksiya rejimindəki boşluqlar barədə onlarla məlumatları operativ şəkildə paylaşır. Onun sözlərinə görə, bu, Rusiyanın maliyyə fəaliyyətini məhdudlaşdırmaq üçün görülən tədbirlərin mümkün qədər effektivliyini təmin etmək üçün olunur.

Xəbər lenti