IMG-LOGO

Pentaqon ABŞ-nin Hərbi Dəniz Qüvvələri nazirinin istefasını açıqlayıb

23 Apr 2026 02:41 4 baxış
IMG

ABŞ-nin Müdafiə Nazirliyi Con Felanın Hərbi Dəniz Qüvvələrinin naziri vəzifəsindən istefasını elan edib.

"Report"un məlumatına görə, bu barədə Pentaqon rəhbərinin kommunikasiya üzrə köməkçisi Şon Parnell "X" sosial şəbəkəsində bildirib.

"Hərbi Dəniz Qüvvələri naziri Con Felan Administrasiyadakı vəzifəsindən ayrılır, bu qərar dərhal qüvvəyə minir", - o yazıb.

Felanın vəzifədən istefasının səbəbləri açıqlanmır. Hərbi Dəniz Qüvvələri naziri vəzifəsini müvəqqəti olaraq Felanın birinci müavini Hanq Kaoyə həvalə edilib.

Xəbər lenti