IMG-LOGO

Azərbaycanla Latviya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə olunub

22 Apr 2026 21:05 7 baxış
IMG

Azərbaycanla Latviya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə olunub.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan-Latviya biznes forumunda deyib.

"Bu gün biz əsasən ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı olan fürsətləri də müzakirə etdik", - Prezident bildirib və əlavə edib ki, birgə İqtisadi Komissiyanın həmsədrlərinin hər ikisi kənd təsərrüfatı naziridir:

"Əlbəttə ki, əhalimizin qırx faizindən çoxunun kənd yerlərində yaşadığını nəzərə alaraq bu məsələ bizim hökumətimiz üçün prioritetlərdən biri olmağa davam edəcək. Orada yaxşı infrastruktur yaradılıb və rayonlarda biznes imkanları var. Əlbəttə ki, onlar paytaxtda olan biznes imkanlarından fərqlidir. Buna görə də kənd təsərrüfatı, turizm, su ehtiyatlarının idarəedilməsi – bütün bu sahələrdə dövlət və özəl şirkətlər Azərbaycanda layihələr həyata keçirirlər. Hesab edirəm ki, Latviya investorları üçün bu fürsətləri nəzərdən keçirmək də maraqlı olardı. Həmçinin Ələt Azad İqtisadi Zonası da yaxşı xidmətləri təmin edir və böyük həcmdə xarici investisiyaların cəlb olunmasına artıq imkan yaradan investisiyayönümlü qanunvericilik mövcuddur. Buna baxmayaraq bu gün aydındır ki, xarici investisiyaları cəlb etmək asan bir iş deyil. Lakin hesab edirəm ki, qanunverici baza və əsas dəniz limanlarına və dəmir yoluna yaxınlıq Ələt Azad İqtisadi Zonasını cəlbedici edir".

Xəbər lenti