IMG-LOGO

Volodimir Zelenski: Ukrayna istənilən təhlükəsiz ölkədə üçtərəfli danışıqlara hazırdır

22 Apr 2026 21:56 7 baxış
IMG

Ukrayna tərəfi istənilən təhlükəsiz ölkədə üçtərəfli danışıqlar formatına qayıtmağın tərəfdarıdır.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 22-də bir qrup jurnalist ilə onlayn söhbətində bildirib.

"Bu məsələlər hələlik yalnız Ukrayna tərəfindən asılı deyil. Kiyev istənilən vaxt və istənilən təklif olunan formatda dialoqa hazırdır. Bu cür tədbirlər üçün prioritet məkanlar kimi əvvəllər oxşar təmasların baş verdiyi Türkiyə və Yaxın Şərq seçilə bilər", - o deyib.

Dövlət başçısı bəyan edib ki, məkan seçməyin əsas şərti atəşkəs dövründə prosesin bütün iştirakçıları üçün tam təhlükəsizliyin təmin edilməsidir.

Xəbər lenti