IMG-LOGO

XƏBƏRDARLIQ: Paytaxt ərazisində bu yollar bağlanacaq

22 Apr 2026 20:06 4 baxış
IMG
0 0

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.

Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, bu çərçivədə yol örtüyünün mövcud vəziyyəti nəzərə alınaraq Nəriman Nərimanov prospektində (Abdulla Şaiq küçəsində yerləşən geriyədönmə hissəsindən Qurban Xəlilov küçəsi istiqamətinə qədər),  Təbriz küçəsində (K.Rəhimov küçəsi ilə Həsənoğlu küçəsi arasında olan hissədə - Nərimanov metrosu istiqaməti) təmir işlərinin aparılması nəzərdə tutulur.

Qeyd olunan işlərlə əlaqədar olaraq, 22 aprel saat 23:00-dan 23 aprel saat 17:00-dək göstərilən ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.

yol təmir AAYDA

Xəbər lenti