IMG-LOGO

Tibb dünyasını təəccübləndirən əməliyyat - Öd kisəsindən 2067 daş çıxarıldı

22 Apr 2026 19:08 6 baxış
IMG
0 0

Bingöldə qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən bir xəstənin öd kisəsindən çıxarılanlar tibb ictimaiyyətini heyrətə gətirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, uğurlu əməliyyatdan sonra xəstənin sağlamlığı bərpa olunub və öd kisəsindən tam 2067 daş çıxarılıb. Bingöl şəhərində yaşayan S.T. qarın ağrısı və həzm sistemi ilə bağlı problemlərlə Bingöl Dövlet Xəstəxanasına müraciət edib. Aparılan müayinələr zamanı öd kisəsində çoxsaylı daşların toplandığı müəyyən edilib. Xəstə Ümumi cərrah Mustafa Yiğit tərəfindən laparoskopik xolesistektomiya (qapalı əməliyyat) üsulu ilə əməliyyat olunub. Əməliyyat zamanı xəstənin öd kisəsindən 2067 ədəd daş çıxarılıb.

Həkim sözlərinə görə, peşə fəaliyyəti ərzində çox sayda əməliyyat həyata keçirsə də, ilk dəfə bu qədər çox daşla qarşılaşıb. O, xəstənin sağ-salamat evə buraxılmasının sevindirici olduğunu qeyd edib. Xəstəxananın baş həkimi Reha Sermed Aygören isə vurğulayıb ki, tibb müəssisəsində mürəkkəb əməliyyatların sayı getdikcə artır və xəstələrə keyfiyyətli tibbi xidmət göstərilməsi üçün bütün komanda koordinasiyalı şəkildə çalışır.

Dünya Bingöl tibb xəbərləri əməliyyat öd kisəsi öd daşı

Xəbər lenti