IMG-LOGO

"Arsenal" Bernardu Silvanı transfer etmək istəyən klubların siyahısına daxil olub

22 Apr 2026 18:50 4 baxış
IMG

İngiltərənin "Arsenal" klubu "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silvanın transferində maraqlıdır.

"Report"un ESPN-ə istinadən məlumatına görə, paytaxt təmsilçisi portuqaliyalı futbolçu ilə müqavilə imzalamaq üçün mübarizəyə qoşulub.

Bundan başqa İspaniyanın "Barselona" və İtaliyanın "Yuventus"kollektivləri də 31 yaşlı oyunçunu diqqətdə saxlayır.

Qeyd edək ki, Bernardu Silva daha əvvəl cari mövsümün sonunda "Mançester Siti"dən ayrılacağını açıqlayıb. O, 2017-ci ildə 50 milyon avro müqabilində Fransa təmsilçisi "Monako"dan "şəhərlilər"ə keçib.

Bernardu Silva "Mançester Siti"nin heyətində bütün yarışlarda 452 oyun keçirib, 76 qol vurub və 77 məhsuldar ötürmə edib.

Xəbər lenti