Öd kisəsi əməliyyatından sonra xəstəxanadan çıxan İbrahim Tatlıses mirasını dövlətə vəsiyyət etdiyini açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, məşhur müğənni açıqlamasında deyib: "Heç kimə bir qəpik də çatmır. Mən onu dövlətə vəsiyyət etmişəm. Bəzi insanlar başqalarının əziyyət çəkməsinə səbəb olublar. Atam mənə pul qoymayıb, mən qazanmışam. Mən onu paylayacağam, kimə nə var?"
Tatlısəs ilə övladları Əhməd Tatlısəs və Dilan Çitak Tatlısəs arasındakı fikir ayrılıqları əvvəllər də xəbərlərdə yer almışdı. Tərəflər arasındakı gərginliyin məhkəməyə verildiyi məlumdur.
Maqazin şou xəbərlər İbrahim Tatlıses Miras