IMG-LOGO

Tovuzda 6 yaşlı uşağı cərəyan vuraraq öldürüb

22 Apr 2026 13:26 5 baxış
IMG

Tovuz rayonunun Çatax kəndində 6 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, kənd sakini, 2020-ci il təvəllüdlü S.Quliyevi həyətlərində elektrik cərəyanı vurub.

Uşaq xəstəxanaya aparılarkən yolda həyatını itirib.

İlkin məlumata əsasən, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti