IMG-LOGO

Sərxoş halda kafedə qan tökənə HÖKM OXUNDU

21 Apr 2026 13:08 3 baxış
IMG
0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə tanışına bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Ağa Cəfərovun cinayət işi üzrə məhkəmə hökm oxuyub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi Ağa Cəfərovun 6 il müddətinə azadlıqdan məhrum edildiyini elan edib.

Xatırladaq ki, 2 oktyabr 2025-ci ildə Ağa Cəfərov sərxoş vəziyyətdə Nüsrət Həsənovun işlətdiyi kafeyə gələrək ondan çölə çıxmasını tələb edib. N. Həsənov etiraz edərək əli ilə ona çölə çıxmasını işarə edib. Bunu özünə qarşı təhqir olaraq qəbul edən A.Cəfərov bıçaqla Nüsrət Həsənovun qarın nahiyəsinə zərbə endirib. Faktla bağlı cinayət işi başlanılıb, Ağa Həsənov Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə məsuliyyətə cəlb olunub.

Hadisələr

Xəbər lenti